"Neftçi" yeni plan işlədi, konturları üzə çıxdı - Üçündən biri…

29 İyun 2020 12:44 Neftçi 1 238
"Neftçi" yeni plan işlədi, konturları üzə çıxdı - Üçündən biri…

«Neftçi» Avropa Liqası ilə bağlı planlarını müəyyənləşdirməyə çalışır.

Koronavirus pandemiyası səbəbindən sərt rejimli karantin iyulun 5-dək davam edəcək. Böyük ehtimalla, Nazirlər Kabineti yanında Operativ Qərargah bu müddəti bir qədər də uzadacaq.

Hazırda o dəqiqdir ki, ümumi karantin avqustun 1-dən tez başa çatmayacaq. Odur ki, paytaxt klubun gələn ayın ilk həftəsində, yəni, ayın 5-dən sonra bir araya gəlib, ölkə xaricinə çıxmaq istəyir.

Bakılı rəsmilər bu məqsədlə müvafiq dövlət qurumlarına müraciət ünvanlamağı düşünür. Məqsəd komandanın çarter reysi ilə Avropa yollanmasına icazə almaqdır. Təbii ki, virusun ən az yayıldığı ölkələrdən birinə getmək lazım gələcək.

«Neftçi»nin idarəçiləri artıq belə bir araşdırma aparıb və 3 variant üzərində dayanıb - Slovakiya, Sloveniya və Bolqarıstan. İlkin plana əsasən,

Premyer Liqanın gümüş medalçısı bu ölkələrin birində 3 həftəlik təlim-məşq toplanışı keçəcək. Avqustun 1-də Azərbaycanda karantin rejimi ləğv edilməsə, komandanın hazırlıq sürəci daha 10 gün, yaxud 2 həftə artırılacaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti