Dabonun "Neftçi"dən GİZLİ VİDEO çəkməsinin gerçək səbəbi – ŞOK OLACAQSIZ!

2 May 00:00 Neftçi 1 002
Dabonun "Neftçi"dən GİZLİ VİDEO çəkməsinin gerçək səbəbi – ŞOK OLACAQSIZ!

"Neftçi"nin öz bazasında məşqə çıxdığı və karantin rejimini pozduğuna dair dünən video yaymışdıq. Ardınca isə Baqali Dabo sözügedən videonu öz "Instagram" səhifəsində paylaşıb və… üstündən xeyli keçəndən sonra onu silib.
Əlbəttə ki, öz istəyi ilə deyil. Fransalı hücumçu bunu klub rəhbərliyinin təsiri və təzyiqi ilə edib.
Məsələ burasındadır ki, bugünlərdə Dabo ilə «Neftçi» nümayəndələri arasında problem yaranıb. Səbəb isə rəhbərliyin ona verdiyi vədi yerinə yetirməkdən boyun qaçırmasıdır. Belə ki, adıçəkilən legioner hələ martın əvvəlində onlarla söhbət edərək, apreldən etibarən maaşının artırılması tələbini qaldırıb və məqsədinə çatıb. Lakin ötən ayın son ongünlüyündə Dabonun nəzərinə çatdırılıb ki, bu, mümkün deyil, əməkhaqqısı artırılmayacaq. Bunu da onunla əsaslandırıblar ki, neftin qiymətinin dünya birjasında dəyər itirməsindən sonra əsas sponsor olan SOCAR-dan əlavə vəsait tələb etmək mümkün deyil.
Eşitdiyi sözlərdən şoka düşən hücumçu birbaşa klubun prezidenti Kamran Quliyevin nəzərinə çatdırıb ki, şərti yerinə yetirilməsə, Premyer Liqa bərpa olunandan sonra meydançaya çıxmayacaq. O, aprelin 25-də klubun bazasına gəlib, amma məşqə qatılmayıb. Videonu isə hamının gözü qarşısında, nümayişkaranə şəkildə çəkib və ordakılara xəbərdarlıq edib ki, görüntüləri sosial şəbəkədə yayacaq. Əvvəlcə Daboya inanmayıblar. Ağıllarına gəlməyib ki, fransalı həqiqətən belə bir «zarafat»ı edər. Hücumçu sözünün üstündə dayanıb, görüntüləri şəxsi profilində yerləşdirib. Yəni, klub rəhbərliyinin onu aldatmasına cavab olaraq, aləmi bir-birinə vurub.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
27 May 20:20 Artur qərarın verdi
26 May 22:40 Qurbanov lazım deyil?