Andrey Ştoqrin cari mövsümü də “Neftçi”də keçirəcək.
Qərar baş məşqçi Yuri Verniduba məxsusdur.
Premyer Liqada və Azərbaycan kubokunda mübarizə aparacaq komandanın ukraynalı baş məşqçisi həmyerlisinin sərəncamında olmasını istəyib,
Bunu uzun marafonla əlaqələndirib, gedişatda cəzalı və zədəli futbolçuların mümkünlüyünü bildirib.
Ştoqrinin adının “Araz-Naxçıvan”la qarşılaşmada “23-lük”də olmaması azarkeşlərin sevincinə səbəb olmuşdu. Fanatlar Alessio Kurçinin ardınca Andreyin də yola salınacağını ehtimal edirdilər.
Ukraynalının Naxçıvan təmsilçisi ilə matçda kənarda qalması zədə ilə bağlı idi.
2024-cü ildə keçmiş çalışdırıcı Roman Qriqorçukun istəyi ilə 3 illik sözləşməyə imza atan səbəbkarın klubla müqaviləsinin müddəti 2027-ci ilin iyun ayında başa çatacaq.
HƏBİB / SPORTİNFO.AZ
