"Neftçi" - Baş məşqçi geri qaytardı, 100 min ödəmək lazım oldu, o, pulundan keçdi

14:00 Neftçi 519
"Neftçi" - Baş məşqçi geri qaytardı, 100 min ödəmək lazım oldu, o, pulundan keçdi

"Neftçi" Andrey Ştoqrinin adını iştirak ərizəsinə daxil edib.

Samir Abasovun mövsümün əvvəlində xidmətindən imtina elədiyi yarımmüdafiəçi mövsümün ikinci yarısı üçün Peşəkar Futbol Liqasına sifariş olunub.

Paytaxt təmsilçisi ukraynalı legionerin xidmətindən yararlanmaq üçün çempionatın təşkilatçısına 100 min manat üzvlük haqqı ödəməyə üstəlnib. O da bunun qarşılığında kluba jest etməyi lazım bilib.

2024-cü ilin yayında 3 illik müqaviləyə imza atmış vinger qarşıdakı 6 ay üçün məvacibinin aşağı salınmasına razılıq verib.

27 yaşlı oyunçunu geri qaytaran Yuri Vernidubdur. Baş məşqçi Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən təlim-məşq toplanışında sınaqdan keçirdiyi həmyerlisinin performansından razı qalıb.

59 yaşlı çalışdırıcı yoxlama görüşlərində şans verdiyi Ştoqrinin komandaya lazım olmasına rəhbərliyi inandıra bilib.

O. fikrini qəti şəkildə diqqətə çatdırıb: Samir Abasov soydaşını 6 ay kənarda saxlamaqla böyük səhv edib.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
20 Yanvar 21:40 “Bu, hörmətsizlikdir”
20 Yanvar 18:10 Çək və bizə göndər!
20 Yanvar 15:40 Atasının balası - VİDEO