Ukrayna mətbuatı "Neftçi"nin baş məçqçi qərarları ilə bağlı nə yazdı?

20 Yanvar 00:50 Neftçi 858
Ukrayna mətbuatı "Neftçi"nin baş məçqçi qərarları ilə bağlı nə yazdı?

Ukrayna mətbuatı Roman Qriqorçukun “Çernomorets”ə (Odessa) baş məşqçi postuna geri qayıtmasını müzakirə edərkən, onun “Neftçi”dəki qısamüddətli fəaliyyətinə də toxunublar.

Sportinfo.az xəbər verir ki, “Champion.com.ua” portalı Qriqorçukun "ağ-qaralar"ın baş məşqçisi kimi uğursuz nəticələrini xatırladıblar:

"Çernomorets" və LNZ-dən əvvəlki gedişi arasında Roman Qriqorçukun “Neftçi”dəki qısamüddətli dövrü sadəcə fəlakətli idi.

Doqquz oyunda heç bir qələbə qazana bilmədi. Düzdür, cəmi beş məğlubiyyət oldu, amma başa düşdüyünüz kimi, heç bir əcnəbi bu cür nəticələrə görə bağışlanmır.

Yerli məşqçi Bakı klubunu çempionatda altıncı pilləyə qədər yüksəldə bildi. Yuri Vernidub isə “Neftçi”ni 8-ci pillədən daha yuxarı pillələrə daşımalıdır".

Qriqorçuk 2024-cü ilin yay ayından oktyabra qədər rəhbərlik edib və bundan sonra vəzifəsindən göndərilib.

Digər Xəbərlər
Xəbər Lenti
23 Sentyabr 17:30 Çək və bizə göndər!
23 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
23 Sentyabr 08:00 Qədimova seans keçirdi