Vernidub 3 legionerin transferinə görə hesabat tələb etdi - SON DƏQİQƏ

16:00 Neftçi 474
Vernidub 3 legionerin transferinə görə hesabat tələb etdi - SON DƏQİQƏ

Yuri Vernidub mövsümlərarası fasilədə komandaya cəlb olunan 3 futbolçuya aid raportun ona təqdim edilməsini istəyib.

«Neftçi»dən aldığımız məlumata görə, baş məşqçi Birləşmiş Ərəb Əmirliklərində keçirilən təlim-məşq toplanışından qayıdar-qayıtmaz bu tələblə rəsmilərlə görüşüb.

Söhbət ekvadorlu yarımmüdafiəçi Cordan Rezabala, beninli dayaq yarımmüdafiəçisi Sessii Almeyda və lüksemburqlu hücumçu Alessio Kurçidən gedir.

Bir aydan çoxdur sükan arxasında olan ukraynalı mütəxəssis onların klubun iddialarına cavab vermədiyinə əmindir.

Ona qaranlıq qalan odur ki, Samir Abasov bu legionerləri hansı ağılla və məntiqlə düşərgəyə gətirib.

Vernidub ondan qabaq komandanı çalışdırmış həmkarının sözügedən oyunçuya aid hesabatıyla tanış olmaq, onda yaranan suallara cavab tapmaq niyyətindədir.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti