“Neftçi” son günlər diqqət mərkəzində olan yetirməsinə yeni müqavilə təklif etdi - SON DƏQİQƏ

13:00 Neftçi 401
“Neftçi” son günlər diqqət mərkəzində olan yetirməsinə yeni müqavilə təklif etdi - SON DƏQİQƏ

«Neftçi» rəhbərliyinin Murad Məmmədovla bağlı yeni planı var.

Bu barədə klubdan saytımıza bildirilib.

Redaksiyamıza verilən məlumata görə, yönətim onunla müqavilənin müddətini uzatmağa hazırdır. Paytaxt təmsilçisi yetirməsi olan 20 yaşlı yarımmüdafiəçiyə konkret təklif irəli sürülüb.

Gənclər yığmasının üzvü razılaşarsa, daha 3 il ağ-qara formanı geyinəcək. Muradın mövcud sözləşməsi bu ilin yayınadək qüvvədədir. Kontraktını yeniləyərsə, hazırkı məvacibi artırılacaq.

Məmmədov artıq iki ildir əsas komandanın sıralarındadır. Yuri Vernidubun gəlişindən sonra sanki ikinci nəfəsi açılıb.

Samir Abasovdan fərqli, yeni baş məşqçi ona daha çox güvənir.

Təsadüfi deyil ki, o, Birləşmiş Ərəb Əmirlikliklərinin paytaxtı Əbu-Dabidə keçirilən təlim-məşq toplanışında özünü yaxşı tərəfdən göstərib, yoxlama görüşündə qol vurub.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
18 Yanvar 08:20 "Neftçi"nin kefi kökəldi