Qırğızıstan Premyer Liqasında çıxış edən "Toktoqul" heyətini yeni futbolçu ilə gücləndirib.
Sportinfo.az xəbər verir ki, klub Gürcüstan millisinin müdafiəçisi Solomon Kverkveliyanı heyətinə qatıb.
Onunla 2027-ci ilin sonuna qədər müqavilə imzalanıb.
Azərbaycan azarkeşlərinə yaxşı tanış olan 33 yaşlı Kverkveliya karyerası ərzində Rusiyanın "Rubin" və "Lokomotiv", Ukraynanın "Metalist" klubları ilə yanaşı, "Neftçi"nin də şərəfini qoruyub. O, "ağ-qaralar"ın heyətində 33 matça çıxıb.
Kverkveliya karyerası ərzində Fernando Torres, Kriştiano Ronaldo, Roberto Firmino, Qaret Beyl, Marko Roys və Tomas Müller kimi dünya ulduzlarına qarşı oynamaq təcrübəsinə malikdir.
Həmçinin AVRO-2024-də Gürcüstan millisinin heyətində tarixi uğura imza ataraq 1/8 finala yüksəlib və Ronaldonun da yer aldığı Portuqaliya üzərində qələbədə pay sahibi olub.

