“Neftçi”dən gələn iş təklifini geri çevıirdi - SON DƏQİQƏ

15:15 Neftçi 524
“Neftçi”dən gələn iş təklifini geri çevıirdi - SON DƏQİQƏ

Yanvarın ilk günlərində «Araz-Naxçıvan»dan ayrılan Rasim Ramaldanov «Neftçi»də işləmək təklifini qəbul etməyib.

Paytaxt klubu ona dəvət göndərsə də, tərəflər arasında razılaşma baş tutmayıb.

Təklif Yuri Vernidubla birgə çalışmaq niyyətindən ibarət idi.

Di gəl, Rasim Ramaldanov bundan sonra da yalnız Elmar Baxşıyevlə çiyin-çiyinə işləmək niyyətində olduğunu bildirib. Yəni ki, Baxşıyev hara gedəcəksə, o da arxasınca yollanacaq.

Ramaldanov indiyədək iki yerdə fəaliyyət göstərib – «Qəbələ» və «Araz-Naxçıvan». O, bu komandalarda Elmar Baxşıyevin əsas köməkçisi olaraq fəaliyyət göstərib.

Yuri Vernidub ondan öncə klub rəsmilərinin təklifini qəbul etməyib, Cavid Hüseynovu öz korpusunda görmək istəməyib.

O, bir müddət «Turan Tovuz»da Kurban Berdiyevin köməkçisi işləmiş və son olaraq «Səbail»i çalışdırmış gənc mütəxəssisin xidmətinə ehtiyac duymadığını bildirib.

59 yaşlı sükançı söyləyib ki, xidməti ona təklif edilən Hüseynovla bağlı müxtəlif mənbələrdən məlumat toplayıb və aldığı informasiyalar heç də birmənalı deyil.

Vernidub onun «Şamaxı» və «Səbail»də yaşadığı uğursuzluqlara diqqət çəkib, bu halın «Neftçi»də də təkrarlanmasından ehtiyatlandığına işarə vurub.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 Yanvar 08:50 "Qarabağ"ın 3:1 FOTOLARı