“Neftçi”nin baş məşqçisi bu adamın xitdmətindən imtina etdi - SON DƏQİQƏ

12:20 Neftçi 511
“Neftçi”nin baş məşqçisi bu adamın xitdmətindən imtina etdi - SON DƏQİQƏ

«Neftçi»nin baş məşqçisi Yuri Vernidub yeni qərar verib.

Ötən ilin dekabrından bəri komandanın sükanı arxasında olan ukraynalı İvan Yovanovskinin xidmətindən imtina edib.

59 yaşlı çalışdırıcı fiziki hazırlıq üzrə köməkçini öz korpusundan kənarlaşdırıb.

Onun şimali makedoniyalı yardımçını Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən təlim-məşq toplanışına aparmadığı da məlum olub.

Yovanovski ötən ilin iyulundan buradadır. Samir Abasovun istəyi ilə onunla 1 illik müqavilə imzalanıb.

43 yaşlı mütəxəssis bu postda rumıniyalı Boqdan-Kornel Merişanunu əvəzləyib.

Yovanovski indiyədək bir çox klubda işləyib. Onun vaxtilə Azərbaycana da yolu düşüb. 2012-2013-cü illərdə «Keşlə»də fitness məşqçisi olaraq fəaliyyət göstərib.

Həmçinin «Şkendiya», «Ural», «Brera», «Rizespor», «Akademiya Pandev», «Gənclərbirliyi», «FK Makedoniya», «Ludoqorets», «ÇSKA Sofiya» və «Metallurq Skopya»da əmək sərf edib.

Hazırda Vernidubun məşqçilər korpusunda Valeri Mixaylenko, Dmitro Kara-Mustafa, Vitali Vernidub, İqor Fokin, Atilla Küçüktaka və Fuad Əsədov yer alıb.

SPORTİNFO.AZ

"Neftçi" xaricdən yeni məşqçi gətirdi, Görün, tanıdızmı? - SON DƏQİQƏ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 Yanvar 16:10 Çək və bizə göndər!
17 Yanvar 08:50 "Qarabağ"ın 3:1 FOTOLARı