“Neftçi”də belə nəticələri heç bir əcnəbi məşqçiyə bağışlamazlar”

00:40 Neftçi 107
“Neftçi”də belə nəticələri heç bir əcnəbi məşqçiyə bağışlamazlar”

Ukraynada Roman Qriqorçukun yenidən Odessa “Çernomorets”inin baş məşqçisi vəzifəsinə qayıtması müzakirə edilir.

Bu zaman onun Azərbaycan təmsilçisi “Neftçi”dəki qısa fəaliyyətinə də toxunulub.

Sportinfo.az xəbər verir ki, champion.com.ua saytında dərc olunan yazıda Qriqorçukun Bakı klubundakı dövrü uğursuz adlandırılıb:

“Qriqorçukun Odessadan ayrılması ilə LNZ-yə keçidi arasındakı müddətdə onun Bakı ‘Neftçi’si var idi və bu mərhələ sadəcə fəlakət idi.

Doqquz oyun – və bir dənə də olsun qələbə yox! Düzdür, cəmi beş məğlubiyyət var idi, amma belə nəticələri heç bir əcnəbi mütəxəssisə bağışlamazlar.

Yerli məşqçi komandani mövsümün sonunda 6-cı yerə çıxardı, Yuri Vernidub isə ‘Neftçi’ni 8-ci pillədən qaldırmaq üçün dəvət olunub”, – deyə məqalədə qeyd olunur.

Roman Qriqorçuk 2024-cü ilin yayından oktyabr ayınadək “Neftçi”yə rəhbərlik edib və daha sonra tutduğu vəzifədən uzaqlaşdırılıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 Yanvar 16:10 Çək və bizə göndər!
17 Yanvar 08:50 "Qarabağ"ın 3:1 FOTOLARı
17 Yanvar 02:30 Yoxladılar - 1:0