“Partizan“ın norveçli yarımmüdafiəçisi Qayas Zahid Azərbaycandan təklif aldığı iddia olunur.
Pakistan əsilli futbolçunun “Neftçi”yə keçəcəyinə dair xəbərlər yayılıb.
O, Norveç millisində 2 oyun keçirib və 1 qol vurub. Transfermarkt portalına görə bazar dəyəri hazırda 900 min avrodur.
Qayas 2023-cü ildən etibarən Belqrad klubunda forma geyinir. “Partizan“da 63 rəsmi oyunda 14 asist və 9 qol vurub.
“Neftçi“dən aldığımız məlumata görə, Qayas Zahidin transferi gündəmdə deyil. Menecerlərin onunla bağlı Bakıya çoxsaylı təkliflər etməsinə baxmayaraq.
Məsələ ondadır ki, adıçəkilən orta sahə oyunçusunun Serbiya təmsilçisi ilə müqaviləsi mövcuddur və istənilən təzminatın məbləği kifayət qədər yüksəkdir.
SPORTİNFO.AZ

