«Neftçi»nin baş məşqçisi Yuri Vernidub Samir Abasovun bəzi qərarlarına təəccüblənib.
Ötən ilin dekabrından etibarən burada çalışmağa başlayan ukraynalı ondan əvvəl komandanın başında dayanmış yerli həmkarının transfer vizyonunu «qəribə» adlandırıb.
Abasovun mövsümlərarası dönəmdə apardığı seleksiya işi barədə klub rəsmiləri ilə söhbətləşən mütəxəssis heyərt içində olduğunu bildirib.
59 yaşlı sükançı deyib ki, o, bir neçə legionerin hansı fikirlərlə düşərgəyə cəlb edilməsini anlamağa çətinlik çəkir.
Vernidub qeyd eləyib ki, 3-4 legioner klubun məqsədlərinə, iddiasına cavab vermir və bunu görmək üçün dahi olmağa gərək yoxdur.
Həmin əcnəbilərin yerlilərdən üstün təsir bağışlamadığı halda, onlarla birbaşa müqavilə bağlanmasını təəssüf hissi ilə qarşılayan çalışdırıcı vurğulayıb ki, komandanın mövsümə bərbad başlamasının əsas səbəblərindən biri budur.
SPORTİNFO.AZ

