Belarus mətbuatı “Neftçi”yə aid şok, eyni zamanda, qəribə iddia ilə çıxış edib.
Yerli həmkarlarımız erməniəsilli belaruslu futbolçu Karen Vardanyanın Bakı klubunun transfer siyahısında yer alması xəbərini yayıb.
Bildirilib ki, “Neftçi”nin baş məşqçisi Yuri Vernidub Belarus millisinin forvardını sərəncamında görmək niyyətindədir.
Ortada rəsmi nəsə olmadığı halda, artıq Bakı klubunu qınayanlar, asıb-kəsənlər var.
Klub mətbuata açıqlamasında iddianı təkzib edib, əsassız adlandırıb.
Elə erməni əsilli futbolçu da...
Komandanın fanat ordusu da yaşananlara biganə qalmayıb.
"Ağ qaralar"ın sadiq azarkeşləri "Sportinfo"nun məktub qutusuna göndərdikləri məktubda öz narahatlıqlarını bu cür ifadə ediblər:
"Neftçi" barədə son günlər yayılan “erməni əsilli futbolçu transfer olunur” kimi əsassız iddialar tamamilə yalandır və reytinq naminə atılmış böhtandır.
Xalqın komandası olan "Neftçi" Azərbaycan futbolunun şərəfini daşıyan və milli-mənəvi dəyərlərə sadiq bir klubdur.
Bu cür təxribat xarakterli məlumatlar nə klubun siyasətinə, nə də azarkeşlərin ruhuna uyğundur.
"Neftçi" azarkeşi olaraq bildirirəm ki, bu iddialar cəmiyyətdə çaşqınlıq yaratmaq məqsədi daşıyır və heç bir rəsmi mənbəyə əsaslanmır. Klub rəhbərliyinə və dəyərlərinə inamımız tamdır.
"Neftçi" təkcə bir klub deyil, bir tarix, bir şərəfdir!".
SPORTİNFO.AZ

