"Neftçi"nin sabiq baş məşqçisi bu klubun sükanı arxasına keçdi

00:50 Neftçi 110
"Neftçi"nin sabiq baş məşqçisi bu klubun sükanı arxasına keçdi

"Qəbələ" və "Neftçi"nin sabiq baş məşqçisi Roman Qriqorçuk sabiq klubu "Çernomorets"ə qayıdıb.

Sportinfo.az xəbər verir ki, bu haqda Ukrayna təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

60 yaşlı mütəxəssis yenidən sözügedən komandanı çalışdıracaq. Lakin məşqçi ilə imzalanan müqavilənin detalları hələlik açıqlanmayıb.

O, dekabrın 25-də istefaya göndərilmiş Aleksandr Kuçeri əvəzləyib.

Qriqorçuk daha əvvəl 2010 - 2014-cü illərdə və 2021-ci ildə "Çernomorets"in baş məşqçisi olub.

Roman Qriqorçuk Azərbaycanda "Qəbələ" və "Neftçi"nin baş məşqçisi olub. 2015-18-ci illərdə "Qəbələ"ni çalışdıran mütəxəssis 2024-cü ilin iyunundan oktyabr ayına qədər "Neftçi"də işləyib.

Onun "Neftçi"dəki fəaliyyəti cəmi 9 oyun çəkib. "Neftçi" bu oyunların heç birində qələbə qazana bilməyib.

Digər Xəbərlər
Xəbər Lenti
15 Yanvar 18:10 Çək və bizə göndər!
15 Yanvar 09:40 "Qarabağ"dan YENİLİK