"Neftçi"yə keçidimlə bağlı yayılan xəbərlər şayiədir, narahatlığa ehtiyac yoxdur".
Sportinfo.az xəbər verir ki, bunu teleqraf-a açıqlamasında "Dinamo Minsk"in futbolçusu Karen Vardanyan deyib.
Belarus klubunun erməni əsilli hücumçusu özünü belaruslu hiss etdiyini də əlavə edib:
"Mənim atam erkən yaşlarımdan ailəmizi tərk edib. Erməni qohumlarımla əlaqəm də yoxdur.
Özümü belaruslu hiss edirəm. Mənim yalnız soyadım erməni soyadıdır".
Belarus mətbuatında "Neftçi"nin Karen Vardanyanı heyətinə qatacağı barədə məlumatlar yayılıb.
Vardanyan 2025-ci il mövsümündə "Dinamo Minsk"in heyətinə iştirak etdiyi 34 oyunda 10 qol və 2 məhsuldar ötürmə müəllifi olub. O, Belarus yığmasının da üzvüdür.

