“Neftçi” Karen Vardanyanı transfer etmək fikrində deyil. Paytaxt klubu Belarus mətbuatında yayılan xəbərləri təkzib edir.
Sportinfo.az xəbər verir ki, belaruslu həmkarlarımız Minsk “Dinamo”sunun erməni əsilli hücumçusunun guya “Neftçi”nin hədəfində olması barədə xəbər yayıb.
Belə ki, yazılanlara inansaq, “Neftçi”nin baş məşqçisi Yuri Vernidub Belarus millisinin forvardını sərəncamında görmək niyyətindədir.
Soliqorsk “Şaxtyor”unun sabiq çalışdırıcısı 22 yaşlı mərkəz hücumçusunu Belarusda işlədiyi dönəmdən tanıyır.
“Neftçi”nin mətbuat xidmətinin rəhbəri Asəf Zeynallı isə bu iddianı absurd sayır:
“Belarus mətbuatının hansısa məqsədlə yaydığı bu məlumat absurddur. Belə bir məsələ gündəmdə deyil, ola da bilməz.
Azarkeşlərimiz bu cür təxribat xarakterli informasiyalara inanmasınlar. Komanda hazırda Əbu-Dabidə toplanışdadır.
Əgər hər hansı transfer reallaşarsa, klub tərəfindən rəsmi açıqlama veriləcək”.


