Vernidubun qərarı "Neftçi"də səs-küy yaratdı: "Halaldı, sükanı belə saxla!"

19:00 Neftçi 644
Vernidubun qərarı "Neftçi"də səs-küy yaratdı: "Halaldı, sükanı belə saxla!"

"Neftçi” Əbu-Dabi toplanışı çərçivəsində ikinci yoxlama oyununa çıxıb.

"Ağ-qaralar" Misir təmsilçisi “Piramids”lə üz-üzə gəlib.

“Məhəmməd bin Zayed” stadionunda keçirilən matç 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. "Neftçi"nin yeganə qolunu 87-ci dəqiqədə Murad Məmmədov vurub.

Gənclər millimizin də üzvü olan Murad əla toplanış keçirir.

O, ilk oyunda da hesabı açan oyunçu olmuşdu.

Yuri Vernidub klubun yetirməsinə çox güvənir, daha çox oynamaq imkanı yaradır. O da vurduğu qollarla bunun haqqını vermiş olur.

Məmmədovun performansındakı yüksəliş fanatların da diqqətini çəkib.

Onlar sosial şəbəkələrdə yarımmüdafiəçinin ünvanına bir xeyli xoş sözlər yazıblar:

"Mən əvvəldən demişdim ki, bu uşağa şans verilməlidir. Yaxşı gələcək vəd edir".

"Mən deyəndə Murad Məmmədov İmad Farajdan üstündü o cinahda, Murad başlamalıdı əsas heyətdə, qınamışdılar məni. Topa toxunuşundan, hərəkətlərindən hiss olunur ki, Muradda əla potensial var, sadəcə oynatmaq lazımdır meydanda rahat davrana bilsin. Neçə ildir boş yerə futbola baxmırıq ki, ağla qaranı ayırd edə bilməyək. Faraj Zubir sayağı oyunçudur. Onu da oynatmaq üçün Qurban kimi məşqçi lazımdır. Hazırkı "Neftçi"yə Murad sərf edir. Belə davam eləsə və praktika qazansa, gələcəyin ulduzu olacaq".

"Murad halaldı, sükanı belə saxla!!!!".

"Əhsən, Murad! Oğulsan, belə davam elə".

"Keçən ildən deyirdim ki, bu oğlana şans vermək lazımdır. Vaxt gələcək Murad millinin ulduzu olacaq".

"Çox perspektivli futbolçudur. Bravo!".

"Görəsən, Vernidub Premyer Liqada da şans verəcək?".

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti