Afrikanın ən güclü komandası "Neftçi" ilə bacarmadı - FOTOLAR

01:20 Neftçi 171
Afrikanın ən güclü komandası "Neftçi" ilə bacarmadı - FOTOLAR

Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində təlim-məşq toplanışında olan "Neftçi" ikinci yoxlama oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, Yuri Vernidubun rəhbərlik etdiyi kollektiv Misir "Piramids"i ilə üz-üzə gəlib.

Qarşılaşma 1:1 hesablı bərabərliklə başa çatıb.

Bakı təmsilçisinin qolunu 87-ci dəqiqədə Murad Məmmədov vurub. Afrika Çempionlar Liqasının hazırkı qalibi olan "Piramids"in qoluna isə 16-cı dəqiqədə Everton imza atıb.

"Neftçi" Əbu-Dabidə keçirdiyi ilk hazırlıq matçında "Karyat"a (Qazaxıstan) 3:0 hesabı ilə qalib gəlib. "Ağ-qaralar" son oyununu yanvarın 16-da Çinin "Çenqdu Ronqçenq" klubuna qarşı keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti
13 Yanvar 17:30 Çək və bizə göndər!