Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində təlim-məşq toplanışında olan "Neftçi" bu gün ikinci yoxlama oyununu keçirib.
Sportinfo.az xəbər verir ki, Yuri Vernidubun rəhbərlik etdiyi kollektiv Misirin "Piramids" klubu ilə üz-üzə gəlib. Qarşılaşma 1:1 hesablı bərabərliklə başa çatıb.
Bakı təmsilçisinin qolunu 87-ci dəqiqədə Murad Məmmədov vurub. Afrika Çempionlar Liqasının hazırkı qalibi olan "Piramids"in qoluna isə 16-cı dəqiqədə Everton imza atıb.
Qeyd edək ki, "Neftçi" Əbu-Dabidə keçirdiyi ilk hazırlıq matçında "Karyat"a (Qazaxıstan) 3:0 hesabı ilə qalib gəlib. "Ağ-qaralar" son oyununu yanvarın 16-da Çinin "Çenqdu Ronqçenq" klubuna qarşı keçirəcək.

