Heç kimin ağlına gəlməyən ŞOK İDDİA! “Neftçi” erməniəsilli futbolçunu transfer edəcək?

13 Yanvar 19:20 Neftçi 2 413
Heç kimin ağlına gəlməyən ŞOK İDDİA! “Neftçi” erməniəsilli futbolçunu transfer edəcək?

“Neftçi” erməniəsilli belaruslu futbolçu Karen Vardanyanı transfer edə bilər.

Sportinfo.az xəbər verir ki, bu barədə Belarus mətbuatı məlumat yayıb.

“Neftçi”nin baş məşqçisi Yuri Vernidub Belarus millisinin forvardını sərəncamında görmək niyyətindədir.

Soliqorsk “Şaxtyor”unun sabiq çalışdırıcısı 22 yaşlı mərkəz hücumçusunu Belarusda işlədiyi dönəmdən tanıyır. Lakin “Neftçi” ilə yanaşı, Vardanyan yetirməsi olduğu “Vitebsk”in də gündəmindədir.

Vardanyan 2025-ci il mövsümündə bütün turnirlərdə 35 oyuna çıxıb, 10 qolla “Dinamo”nun ən məhsuldar oyunçusu olub.

Digər Xəbərlər
Xəbər Lenti
23 Sentyabr 17:30 Çək və bizə göndər!
23 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
23 Sentyabr 08:00 Qədimova seans keçirdi