"Neftçi" Misir klubu ilə üz-üzə gələcək

13 Yanvar 18:00 Neftçi 859
"Neftçi" Misir klubu ilə üz-üzə gələcək

“Neftçi” Əbu-Dabi toplanışı çərçivəsində ikinci yoxlama oyununa çıxacaq.

Sportinfo.az xəbər verir ki, "ağ-qaralar" bu gün “Piramids”lə (Misir) üz-üzə gələcək.

"Pramids" hazırda Misir Premyer Liqasında 12 oyuna 27 xalla 2-ci pillədə qərarlaşıb. "Neftçi" isə 16 turdan sonra 20 xalla 8-cidir.

“Məhəmməd bin Zayed” stadionunda keçiriləcək görüş həm yerli, həm də Bakı vaxtı ilə saat 18:00-da start götürəcək

İilk sınaq matçında “Kayrat”a (Qazaxıstan) 3:0 hesabı ilə qalib gələn “Neftçi” yanvarın 16-da keçiriləcək sonuncu oyununda Çinin “Çenqdu Ronqçenq” klubu ilə üz-üzə gələcək.

Digər Xəbərlər
Xəbər Lenti
23 Sentyabr 17:30 Çək və bizə göndər!
23 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
23 Sentyabr 08:00 Qədimova seans keçirdi