Nəhayət ki, razılaşdılar - “Neftçi” onu icarəyə verir

16:40 Neftçi 1 101
Nəhayət ki, razılaşdılar  - “Neftçi” onu icarəyə verir

Rza Cəfərov “Neftçi”dən ayrılmağa çox yaxındır.

Redaksiyamıza bu barədə məlumat kluba yaxın mənbədən daxil olub.

Bildirilir ki, “ağ-qaralar” Azərbaycan millisinə də cəlb olunan qapıçını mövsümün sonuna qədər icarəyə verməyə hazırlaşır.

“Qəbələ”ylə həftələrdir davam edən danşıqlar bir ara dalana dirənmişdi. Səbəb isə Finlandıyanın HİK klubunun araya girməsiydi.

Lakin “Neftçi”nin tələb etdiyi məbləğ skandinavları narazı saldığından mövzu hələlik qapanıb.

Odur ki, paytaxt klubu yetirməsini “Qəbələ”yə göndərməyə qarşı deyil. Təbii ki, burada əsas rolu Rzanın daha çox oyun şansı qazanması faktı oynayır.

Hazırda klublar arasında danışıqların son mərhələsidir. Son anda ortaya əmma çıxmasa, Cəfərov bu həftə bölgə təmsilçisinin məşqlərinə qoşulacaq.

“Transfermarkt”da 700 min avro dəyəri olan 22 yaşlı qolkiperin bakılılarla müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdir.

Əvvəlki iki mövsümdə “Neftçi”nin əsas heyətinin dəyişməz üzvlərindən olan Cəfərov ötən yay Kenan Piriçin transferindən sonra ehtiyat oyunçusu statusu ilə barışıb.

O, cari mövsümdə rəsmi matçda debüt etməyib.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti