“Neftçi” qazaxları “dəli etdi”: “Ah, nə gözəl, adınıza yaraşdı”

10 Yanvar 20:00 Neftçi 1 565
“Neftçi” qazaxları “dəli etdi”: “Ah, nə gözəl, adınıza yaraşdı”

Premyer Liqada işləri istədiyi kimi getməyən “Neftçi” qış fasiləsindəki ilk yoxlama görüşündə ümid verdi.

“Ağ-qaralar”ın Birləşmiş Ərəb Əmirliklərindəki ilk qarşılaşmadakı rəqibi “Kayrat” idi.

Həmin komanda ki, son Qazaxıstan çempionatını qalib qismində başa vurub və hazırda Çempionlar Liqasının Liqa mərhələsində mübarizə aparır.

Təmsilçimizin bu cür rəqiblə görüşdə qələbə qazanacağı inandırıcı görünməsə də, “Neftçi” bunu bacardı. Həm də necə?

Oyunun son 25 dəqiqəsində qazaxların qapısından 3 cavabsız top keçirməklə.

Bakılıların məlum qələbəsi “Kayrat” azarkeşlərini özündən çıxarıb. Klubun sosial media səhifələrində yazılan şərthlərin arasında “sarı-qaralar”ı “asıb-kəsən” kifayəq qədər fanata rast gəlmək mümkündür.

Onlar heç bir halda 0:3-lə barışmır, Çempionlar Liqasındakı növbəti oyun öncəsi etiraz səslərini ucaldırlar:

“Deyirlər, “Arsenal”la matça çıxmağınıza gərək yoxdur”.

“Bu, dəqiq Çempionlar Liqasında oynayan komandadır, yoxsa nəyisə səhv görürük?”

“Bu, nədir belə? Çox-çox pis nəticədir. “Arsenal”la qarşılaşma barədə düşünmək belə istəmirəm”.

“Oyun 2 saatdır qurtarıb, hesab barədə paylaşımı indi edirsiniz ki, əsəblərimiz soyusun, hə?”

“0:3? Ah, nə gözəl. Adınıza yaraşdı”.

“Neftçi”dən 3-nü buraxan “Arsenal”la “Brügge”yə xokkey hesabı ilə uduzar”.

“Yoxlama oyunlarındakı nəticələrə görə komandaya qiymət verməyin tərəfdarı deyiləm. Ancaq söhbət 0:3-dən gedirsə, bu barədə ciddi düşünmək lazımdır”.

“Təəccüblənməyə əsas yoxdur. “Kayrat”ın Azərbaycan komandalarına uduzması adi hal alıb”.

“Neftçi” Əbu-Dabidə ikinci yoxlama görüşünü yanvarın 13-də Misirin “Piramids” komandasına qarşı keçirəcək.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
10 Yanvar 22:40 "Araz-Naxçıvan"dan 7 qol
10 Yanvar 18:10 Çək və bizə göndər!
10 Yanvar 08:20 Bakıda UEFA-nın "B" kursu
10 Yanvar 07:40 "Qaz pulu" tarixə qovuşur
10 Yanvar 07:30 Metroda yeni GEDİŞ HAQQI
10 Yanvar 03:30 Uğur "Naxçıvan"ın oldu
10 Yanvar 02:50 10 oyunun vaxtı
10 Yanvar 02:00 Onunla da vidalaşdılar