“Neftçi”nin istədiyi təzminat Avropa klubunu pərişan etdi

10 Yanvar 14:00 Neftçi 2 602
“Neftçi”nin istədiyi təzminat Avropa klubunu pərişan etdi

Azərbaycan yığmasının və «Neftçi»nin qapıçısı Rza Cəfərova rəsmi təklif gəlməsindən xəbərdarsız.

Bildirmişdik ki, HİK onu Finlandiyada görmək istəyir.

Paytaxt Helsinkini təmsil edən klub gənc kiperi 6 aylıq icarəyə götürmək niyyəti ilə «ağ-qaralar»la əlaqə saxlayıb.

Finlər növbəti mövsümdən etibarən 23 yaşlı «əlcək sahibi»nin transfer hüququna yiyələnməyi planlaşdırır. Bunun üçün «Neftçi»nin tələb edəcəyi təzminatın məbləğini dəqiqləşdirməyə çalışıblar.

Veykkausliiqada yarışan HİK Rzanın özünü maddi cəhətdən razı salacaq şərtlər irəli sürüb. Fəqət, onun məxsus olduğu klubla dil tapmaq çətinləşib.

Çünki «ağ-qaralar» kontraktı davam edən «əlcək sahibi»nə görə finlərdən nə az, nə çox, düz 350 min avro təzminat istəyir. HİK isə bu məbləğin yarısını ödəməyə hazırdır.

Cəfərovun legioner həyatı yaşamaqdan ötrü ürəyi gedir. Ötən ilin yayında ona belə bir təklif İrandan gəlmişdi - «Traktor» israrlı idi.

Bu ölkənin çempionu olaraq Asiya Çempionlar Liqasına vəsiqə qazanan Təbriz klubu çox cəhd göstərdi, fəqət, Rzanı «Neftçi»dən qopara bilmədi.

İndi isə vəziyyət çox fəqlidir: cari mövsümdə 1 dəqiqə də şans qazanmayan «əlcək sahibi» Kenan Piriçlə Emil Balayevin kölgəsində yox olub.

Təkrar «çərçivə» önünə keçmək üçün başqa yol görmür - mütləq düşərgəni tərk etməyi qarşısına məqsəd qoyub.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
10 Yanvar 22:40 "Araz-Naxçıvan"dan 7 qol
10 Yanvar 18:10 Çək və bizə göndər!
10 Yanvar 08:20 Bakıda UEFA-nın "B" kursu
10 Yanvar 07:40 "Qaz pulu" tarixə qovuşur
10 Yanvar 07:30 Metroda yeni GEDİŞ HAQQI
10 Yanvar 03:30 Uğur "Naxçıvan"ın oldu
10 Yanvar 02:50 10 oyunun vaxtı
10 Yanvar 02:00 Onunla da vidalaşdılar