Bir neçə təklif aldı, “Neftçi” rəhbərliyindən icazə istədi - SON DƏQİQƏ

10 Yanvar 13:00 Neftçi 3 940
Bir neçə təklif aldı, “Neftçi” rəhbərliyindən icazə istədi - SON DƏQİQƏ

Mövsümlərarası fasilədə «Neftçi»yə cəlb olunan Kenan Piriç yeni təkliflər alıb.

O, bu üzdən tezliklə Azərbaycanı tərk edə bilər.

Bosniya və herseqovinalı qapıçı bu barədə klub funksionerlərini məlumatlandırıb. Balkanlı kiper Türkiyə, Səudiyyə Ərəbistanı və Avropanın bəzi ölkələrindən ona bəzi dəvətlər gəlməsi haqda danışıb.

Bildirib ki, onlardan birini dəyərləndirməyi düşünür. Piriç danışıqlar aparmaq üçün icazə istəyib.

Bu, «Neftçi» rəsmilərində panika yaratmayıb. Əksinə, bosniyalının gözlənilən ayrılığı Yuri Vernidubun ürəyincə olacaq.

Baş məşqçi adıçəkilən «əlcək sahibi»nin daha burada qalmasını arzulamır. Piriçin «Neftçi» formasıyla keçirdiyi əvvəlki oyunların hamısını incələyən baş məşqçi müsbət rəyə gəlməyib.

Ukraynalı çalışdırıcı artıq bu barədə idarəçilərlə fikir mübadiləsi aparıb. Bildirib ki, Piriç inamlı təsir bağışlamır və buraxılan qollarda səhvlərlə yadda qalıb.

«Ağ-qaralar» 31 yaşlı «əlcək sahibi» ilə 2 illik müqavilə imzalayıb. Vernidub «Antalyaspor»dan gəlmiş əcnəbinin kontraktına qarşılıqlı razılıq əsasında xitam verilməsi təklifi ilə çıxış edib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
10 Yanvar 22:40 "Araz-Naxçıvan"dan 7 qol
10 Yanvar 18:10 Çək və bizə göndər!
10 Yanvar 08:20 Bakıda UEFA-nın "B" kursu
10 Yanvar 07:40 "Qaz pulu" tarixə qovuşur
10 Yanvar 07:30 Metroda yeni GEDİŞ HAQQI
10 Yanvar 03:30 Uğur "Naxçıvan"ın oldu
10 Yanvar 02:50 10 oyunun vaxtı
10 Yanvar 02:00 Onunla da vidalaşdılar