“Neftçi” 2026-cı ilə ilk addımını uğurla ata bildi. Mövsümün ikinci hissəsinin hazırlıqlarını Əbu Dabidə keçirən "ağ qaralar" ilk sınaq matçında Qazaxıstan klubu “Kayrat”la qarşılaşıb. Matç "Neftçi"nin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
"Ağ-qaralar"ın qollarını 67-ci dəqiqədə Ağadadaş Salyanski, 89-cu dəqiqədə Vensan Abubakar və 90+2-ci dəqiqədə Murad Məmmədov vurublar.
Düzdü, əksəriyyət "əşşi yoxlama görüşüdü" deyib keçəcək. Amma son illər paytaxt klubu heç hazırlıq görüşlərində də belə inamlı görünmürdü.
Əbəs deyil ki, Yuri Vernidubun komandasının qazaxıstanlılar üzərində qələbəsinə azarkeşlər səssiz qalmayıb.
Fanatlar klubun yetirmələri olan gənclərdən Ağadadaş və Muradın da fərqləndiyi matç barədə xoş sözlər yazıblar.
Qələbənin mövsümün ikinci yarısı öncəsi düşərgədə müsbət ab-hava yaradacağına inam ifadə olunub:
"Neftçi" qayıdır!".
"Əgər Abubakar "Kayrat"a qol vurubsa, deməli, Vernidub onu formaya sala bilib".
"2026-ya qələbə ilə başladıq. Xeyirli olsun, inşallah".
"Neftçi"miz qayıdır".
"Gözlə Avropa, "Neftçi" gəlir. Afərin uşaqlar".
"Davamı gəlsin".
"Əhsən öz uşaqlarımza".
"Əsas nizam-intizam idi, onu da içə salıblar. Əla!".
"Rəsmi oyunlarda da qələbələri gözləyirik".
"Möhtəşəm".
"Buna da şükür".
"Deyəsən, özümüzə gəlirik".
XANOĞLAN / SPORTİNFO.AZ

