“Neftci” “Şamaxı” deyil. Vaxt vardı, hətta ikinci yer belə, “Neftçi” üçün uğursuz nəticə sayılırdı.
İndi illərdir azarkeşləri, mətbuatı uğusuzlqlara o dərəcədə alışdırıb ki, artıq “Neftçi” ilk “dördlük”də olanda, bu, qeyri-adi görünür.
Premyer Liqada ən böyük büdcəyə sahib iki klubdan biri olan “Neftçi”də sanki yalnız bu pulu havaya sovurmaq barədə düşünülür.
Diqqət edək, klubun idarəçilərindən biri əcnəbi, heyətdəki 24 oyunçudan 15-i legioner, yaxınlarda baş məşqçini də dəyişdilər, o da xarici oldu.
Sanki arılar şirəyə yığışıb. Bir klubun adını ingiliscəyə dəyişib, “Petrol” və ya “Pertolium” eləməkləri qalıb,
Samir Abbasov son 12 ildə “Neftçi”yə yeganə çempionluğu qazandıran məşqçidir. Amma bu dəfə işi alınmadı. 16 turun tən yarısını komanda heç-heçə oynayıb.
Dörd qələbədən “Sumqayıt” istisna olmaqla, qalan üçü autsayderlər - “Karvan Yevlax”, “Qəbələ” və “Kəpəz” üzərində qazanılıb. Büdcə də aşağı-yuxarı 30 milyon manatdan çox.
Bu büdcəylə çempionluğa oynamalı olan komanda indi 7-8-ci yerlərdə vurnuxursa, bu, oyunçu, baş məşqçi, rəhbər heyəti daxil, hamının səhvidir.
Komanda hətta ölkə kubokunda da mübarizəni erkən dayandırıb, Avropya çıxmaq üçün sonuncu ümidi də kəsib.
Bu gedişat Samir Abasovun istefasını labüd edirdi. Ötən mövsüm özündən əvvəl yığılan heyətlə oynamaq məcburiyyətində idisə, bu dəfə hazrlııq dövrü, heyəti müəyyənləşdirmək - hamısında prosesin başında olub.
Məşqçi işi belədir ki, dünənə görə “sağ ol, bu gün neyləmisən” sualı daim səninlədir.
Ona görə də Samir Abasovun göndərilməsi doğru qərardır. Belə nəticə üçün nə Cenk Sumerə ehtiyac var, nə təqaüd yaşı çatmış Vensan Abubakara.
Abubakar “Neftçi”yə Kamerun yığmasının qarşıdakı dünya çempionatında iştirak, özünü də o heyətdə yer alması perspektivini nəzər alaraq gəlib.
Artıq dəqiqləşib ki, Kamerun mundialdan kənarda qalacaq. Bundan sonrakı Abubakarı görmək maraqlı olacaq.
Yeni baş məşqçi Yuri Vernidub sərt üzünü elə ilk olaraq məşhur kamerunluya göstərib. Son 2 turda Abubakara cəmi 26 dəqiqə oynamaq şansı verib.
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

