Vernidub "Neftçi"də kimi görmək istəyir? - VİDEO

9 Yanvar 11:40 Neftçi 1 091
Vernidub "Neftçi"də kimi görmək istəyir? - VİDEO

«Neftçi» heyətini yeni legionerlə gücləndirməyi planlaşdırır.

«Fğ-qaralar» Dmitri Topalovla danışıqlar aparır. Adıçəkilən oyunçu ukraynalıdır və 27 yaşı var.

Yarımmüdafiə xəttinin hzəm mərkəzində, həm də sol cinahında çıxış eləyə bilən Topalov «Şaxtyor»un yetirməsidir.

Futbolda ilk addımlarını 2006-cı ildə Donetsk klubunda atmış Dmitri 2019-cu ilədək onların formasını geyinib. Daha sonra «Mariupol»a icarəyə verilib və 3 il burada tər töküb.

Həmin müddətdə 63 oyun keçirib, 10 qol vurub. Növbəti 2 ildə «Şaxtyor»un uğurları üçün çalışıb və 2024-cü ildə bu dəfə «Kolos»a göndərilib.

2024-2025-ci il mövsümünü isə LNZ-də başa vurub. «Şaxtyor» müqaviləni uzatmadığından, Topalov hazırda azad agent statusu daşıyır.

O, Ukraynanın aşağı yaş qrupları üzrə yığmalarının şərəfini qoruyub. U-17, U-18, U-19 və U-21 komandalarına dəvət alıb.

“Sportinfo TV”də yayımlanan “Futbol Manşet”də Dmitri Topalovun mümkün keçidi haqda danışılıb.

Verlişin aparıcısı Xanoğlan İmanov və onun qonağı Amit Quluzadə ukraynalının buradakı perspektivi ilə bağlı fikirlərini səsləndirib.

Əziz izləyicilərimiz, verilişimiz öz zövqlü geyimləri ilə minlərlə peşəkar və həvəskar idmançılarımızı təmin edən, onların sevimlisi olan “YaaRa Tekstil”in və “Asadov Pro Bridge”in - beynəlxalq təcrübə prinsipləri üzərində qurulmuş FIFA lisenziyalı futbol agentliyinin dəstəyi ilə təqdim olunur.

YaaRa Tekstil” 2024-cü ildə şirkətin təsisçisi və direktoru olan Yaqut Bayram tərəfindən yaradılıb. Qısa müddət ərzində Azərbaycanın tekstil sahəsində tanınan “YaaRa” markası artıq bir brend hesab olunur.

Təsadüfi deyil ki, idmanın bir çox sahələrində hər zaman idmançılara göz oxşayan geyimlər təqdim edən “YaaRa Tekstil” hal-hazırda Azərbaycanda 250-dən çox yerli və xarici şirkətlərlə əməkdaşlıq edir.

Bu gün ölkəmizdə ən öndə gedən tekstil şirkətlərindən biri olaraq gələcək üçün markanın əsas hədəfi “MADE IN AZERBAIJAN” başlığı altında xarici bazarlara açılmaqdır.

YaaRa Tekstil” öz müştərilərinə ancaq keyfiyyətli geyimlər təqdim edir. “YaaRa – Sevgi ilə yanaşır!”.

“Asadov Pro Bridge” futbolçuların, məşqçilərin, klubların və federasiyaların maraqlarını beynəlxalq səviyyədə təmsil edərək, eyni zamanda Azərbaycan futbolunun dünyaya inteqrasiyasına töhfə verməyi hədəfləyir.

“Asadov Pro Bridge” fəaliyyətinin ilk ilində həm yerli, həm də beynəlxalq səviyyədə 10 uğurlu transfer həyata keçirib.

Agentliyin xidmətlərinə təmsilçilik, hüquqi dəstək, beynəlxalq transferlər, brend və PR idarəçiliyi, fiziki və peşəkar inkişaf, maliyyə və həyat tərzi planlaması daxildir.

Bu gün agentlik Portuqaliya, Xorvatiya, Polşa, Albaniya, Monteneqro, Bosniya, Kosovo, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı kimi ölkələrdəki nüfuzlu futbol agentlikləri ilə rəsmi əməkdaşlıqlar qurur.

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti
9 Yanvar 18:10 Çək və bizə göndər!
9 Yanvar 03:10 "Lənkəran" QAZANDI