“Neftçi”nin ulduzu Vensan Abubakar Braziliyanın “Vasko de Qama” komandasına keçə bilər.
Sportinfo.az xəbər verir ki, bu barədə insayder Felipe Silva məlumat yayıb.
Kamerunlu hücumçunun transferdə maraqlı olduğu deyilir.
Mövzu ilə bağlı “Neftçi”dən bildirilib ki, hazırda sözgedən məsələ gündəmdə deyil:
“Abubakar “Neftçi”nin futbolçusudu. Hazırda komanda ilə birlikdə Abu-Dabidə qış toplanışında iştirak edir”.
Bakı təmsilçisi 2025-ci ilin oktyabrında Vensan Abubakarla 1+1 illik müqavilə imzalayıb.

