“Dinamo”nun (Buxarest) müdafiəçisi Kennedi Boatenq "Neftçi"yə keçidinin uğursuzluğunun səbəbini açıqlayıb.
Sportinfo.az xəbər verir ki, “golazo.ro” portalına açıqlama verən toqolu belə danışıb:
"Maddi səbəblərə görə başqa kluba keçmək istəyirdim. Həqiqətən də "Neftçi"yə keçmək istəyirdim və bunun mənim üçün yaxşı olacağını hiss edirdim. Amma bu transfer baş tutmadı.
Müqaviləyə əsasən, "Dinamo"ya məxsus idim və məni buraxmaq istəmədilər. Bu vəziyyətdə "Dinamo"nun "Neftçi"dən daha çox gücü var idi.
Klub mənim qalmağımın yaxşı olmasına qərar verdi. Mən də belə etdim".

