İlk dövrəni turnir cədvəlinin 8-cisi kimi başa vuran “Neftçi” qış toplanışını Birləşmiş Ərəb Əmirliklərində keçirir.
Yuri Vernidubun rəhbərlik etdiyi kollektiv mövsümün ikinci yarısına paytaxt Əbu-Dabidə hazırlaşır.
Geridə qalan 16 turdakı nəticələrin qənaətbəxş olmamasına baxmayaraq, kollektivdə xoş əhval-ruhiyyənin hökm sürdüyünü əminliklə söyləmək olar.
Bunu görmək üçün yanvarın 6-da komandanın şam yeməyi zaman hazırlanmış videoya baxmaq kifayət edir.
Həmin gün “ağ-qaralar”ın paraqvaylı futbolçusu Luis Ortis 26 yaşını tamamlayıb. Klub rəsmilərinin onun üçün hazırladığı sürprizdən xəbəri olmayan “solaxay” yemək yeməyə hazırlaşdığı zaman yeməkxanaya tort gətirilib.
O an məşqçi və futbolçui heyətinin alqış səsləri zalı bürüyüb. Nəticədə maraqlı görüntülər lentə alınıb.
Hələ ki, “Neftçi”nin avazı yaxşı gəlir. Görək, Premyer Liqanın ikinci yarısında vəziyyəti yaxşıya doğru dəyişmək mümkün olacaqmı?
HƏBİB / SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

