"Maliyyə səbəblərinə görə "Neftçi"yə getmək istəyirdim, məni buraxmadılar”

8 Yanvar 11:20 Neftçi 1 426
"Maliyyə səbəblərinə görə "Neftçi"yə getmək istəyirdim, məni buraxmadılar”

“Dinamo”nun (Buxarest) müdafiəçisi Kennedi Boatenq “Neftçi”yə transferinin baş tutmamasından danışıb.

Sportinfo.az xəbər verir ki, toqolu mərkəz müdafiəçisi Bakı klubuna keçməyə maraqlı olduğunu gizlətməyib.

Boatenq Rumıniyanın "Golazo" nəşrinə verdiyi açıqlamada maliyyə məsələsinə toxunub.

O bildirib ki, başqa kluba keçmək istəyi məhz bu amillə bağlı olub:

"Maliyyə səbəblərinə görə klub dəyişmək istəyirdim. "Neftçi"yə getməyi çox arzulayırdım və bunun mənim üçün faydalı olacağını düşünürdüm.

Lakin transfer baş tutmadı. Müqavilə ilə "Dinamo"ya məxsus idim və klub məni buraxmaq istəmədi.

Bu vəziyyətdə qərar "Dinamo"nun əlində idi. Onlar qalmağımı istədilər, mən də komandada qaldım".

"Neftçi" ötən yay transfer pəncərəsində 28 yaşlı müdafiəçinin kluba keçidinə maraq göstərib.

Digər Xəbərlər
Xəbər Lenti
23 Sentyabr 17:30 Çək və bizə göndər!
23 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
23 Sentyabr 08:00 Qədimova seans keçirdi