“Neftçi” təxminən 1 milyon avro tələb edilən yarımmüdafiəçi ilə maraqlanır

8 Yanvar 01:20 Neftçi 1 002
“Neftçi” təxminən 1 milyon avro tələb edilən yarımmüdafiəçi ilə maraqlanır

“Neftçi” heyətini ukraynalı yarımmüdafiəçi ilə gücləndirə bilər.

Sportinfo.az xəbər verir ki, bu barədə “Fanday.net” nəşri məlumat yayıb.

Xəbərdə “Rux” klubunun dayaq yarımmüdafiəçisi Denis Pidqurskinin “Neftçi”nin transfer siyahısında yer aldığı qeyd olunub.

Baş məşqçi Yuri Vernidub 22 yaşlı futbolçunu komandasında görmək istəyir. Ukraynalı mütəxəssis onu “Krivbas”da birgə çalışdığı dövrdən yaxından tanıyır.

“Rux” futbolçu üçün daha əvvəl təxminən 1 milyon avro tələb edib. Lakin yarımmüdafiəçinin yayda müqaviləsinin başa çatması “Neftçi” üçün bu keçidi daha əlçatan edir.

Digər Xəbərlər
Xəbər Lenti
8 Yanvar 18:10 Çək və bizə göndər!
8 Yanvar 07:30 Böyük bahalaşma QAPIDA