“Neftçi”nin baş məşqçisi bu həmyerlisini də öz sərəncamında gömək istəyir?

7 Yanvar 14:20 Neftçi 863
“Neftçi”nin baş məşqçisi bu həmyerlisini də öz sərəncamında gömək istəyir?

“Rux”un futbolçusu Denis Pidqurski "Neftçi"nin maraq dairəsinə düşüb.

Sportinfo.az xəbər verir ki, Ukrayna mənbələrindən "İnside UPL" Telegram kanalının yaydığı məlumata görə, “Neftçi” 22 yaşlı dayaq yarımmüdafiəçisi ilə yaxından maraqlanır.

Bildirilir ki, Bakı klubunun yeni baş məşqçisi Yuri Vernidub həmyerlisini hələ “Krivbas”da çalışdığı dövrdən tanıyır və onun xidmətlərində şəxsən maraqlıdır.

Qeyd edilir ki, onun “Rux”la müqaviləsi yayda başa çatır və “Neftçi” bu fürsətdən yararlanmağa çalışacaq.

Digər Xəbərlər
Xəbər Lenti