“Neftçi”dəki məşhur problemlə üzləşdi, klub işə qarışdı, həll olundu - SON DƏQİQƏ

6 Yanvar 16:40 Neftçi 3 526
“Neftçi”dəki məşhur problemlə üzləşdi, klub işə qarışdı, həll olundu - SON DƏQİQƏ

“Neftçi”də yaranan narahatlıq öz həllini tapıb.

Problem Vensan Abubakarla bağlı olub.

33 yaşlı hücumçu Birləşmiş Ərəb Əmirliklərinə uçmaq istəyənmdə, çətinliklə üzləşib.

Belə ki, məşhur futbolçunun sənədlərində problem aşkarlanıb. “Neftçi” rəhbərliyinin səyi nəticəsində dövlət orqanlarına edilən müraciətlər sayəsində Abubakarın üzü gülüb.

Kamerunlu ulzu hazırda BƏƏ-də hazırlıq keçən komandanın düşərgəsindədir.

Maraq üçün bildirək ki, Vensanın adı son günlər Braziliya klubu ilə yanaşı hallanır,

“Vasco news” nəşrinin yaydığı məlumatda Abubakarın “Vasko de Qama”ya təklif olunduğu, futbolçunun karyerasını okeanın o biri tayında davam etdirməyə isti yanaşdığı bildirilib.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
7 Yanvar 18:10 Çək və bizə göndər!