Vernidubdan “Neftçi“yə gələn ulduza XƏBƏRDARLIQ - Qala da bilərsən, gedə də bilərsən…

6 Yanvar 13:00 Neftçi 1 581
Vernidubdan “Neftçi“yə gələn ulduza XƏBƏRDARLIQ - Qala da bilərsən, gedə də bilərsən…

"Neftçi"nin hücumçusu Vinsent Abubakar “Vasko da Qama”ya təklif olunub.

Bu barədə ESPN televiziyasının jurnalisti Felipe Silva məlumat yayıb.

"Vasco news" isə yazır ki, 33 yaşlı ulduz Braziliya futbolunda oynamağa böyük maraq göstərir və tərəflər üçün sərfəli olacaq razılaşmaya maneə yaratmayacaq.

Abubakar 2022-ci il dünya çempionatında Kamerun millisinin heyətində Braziliyaya vurduğu qolla yadda qalıb.

Mənbənin məlumatına görə, “Vasko da Qama” rəhbərliyi təcrübəli forvard variantını nəzərdən keçirir.

Hücum xəttində çıxış edən Pablo Veqettinin son dövrlərdəki performansında eniş müşahidə olunduğundan, Abubakarın oyun üslubunun axtarılan tipə uyğun gəldiyi vurğulanır.

Fiziki cəhətdən güclü olan, ayaqla yaxşı oynayan və qol vurmaq bacarığı ilə seçilən afrikalının yaşının 33 olmasına baxmayaraq, yüksək səviyyəli futbol təcrübəsinə malik olması “Vasko” üçün üstünlük sayılır.

“Beşiktaş“ın sabiq ulduzu 2025-ci ilin oktyabr ayından "Neftçi"nin formasını geyinir. Kamerun millisinin üzvü 10 rəsmi matçda 5 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Onunl müqaviləsi 2026-cı ilin iyununda başa çatır. Oyunçunun özü Braziliyaya köçməyin əleyhinə deyil.

Lakin 1 şərti var - yalnız iddialı layihə təqdim olunacağı təqdirdə “Vasko da Qama”da oynamağa razılıq verər.

Bu xəbər təsadüfən ortalığa çıxmayıb. Yaranmış vəiyyət Yuri Vernidubun ona münasibətindən qaynaqlanır.

Yeni baş məşqçinin gəlişindən sonra əsas heyətdəki yerini itirən afrikalı ulduzun buradan ayrılması hər an gerçəkləşə bilər.

Qərar özünündür - bu qışda düşərgəni tərk etməsi də mümkündür, yayda, yəni, mövsümün axırında da.

Ukraynalı çalışdırıcı Abubakarın fiziki hazırlığından narazı, sağlıq durumundan narahatdır. 59 yaşlı mütəxəssis müəyyənləşdirib ki, o, artıq çəkidən əziyyət çəkir və optimal formaya düşməyə çətinlik çəkir.

Baxmayaraq ki, hücumçu son 2,5 ayda digər komanda yoldaşlarından daha çox məşq keçir: bazaya hamıdan əvvəl gəlir, hamıdan sonra gedir.

Bununla belə, ayağındakı ağrılar ona bəzən əziyyət çəkir. Demək olar hər gün fizioterapevtə müraciət edir, bərpa kursu keçir.

Vernidub Abubakara xəbərdarlıq edib. Bildirib ki, burada qalmaq istəyirsə, daim «11-lik»də yer alacağını gözləməməlidir, öz üzərində daha çox işləməlidir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti