"Neftçi"nin hücumçusun Vinsent Abubakar “Vasko da Qama”ya təklif olunub.
Bu barədə Braziliya mətbuatı hələ bir neçə gün əvvəl məlumat yayıb.
"Vasco news" yazır ki, 33 yaşlı hücumçu özü də Braziliya futbolunda oynamağa böyük maraq göstərir və tərəflər üçün sərfəli olacaq razılaşmaya maneə yaratmayacaq.
Amma xarici mediada yazılanlar heç də həqiqət deyil.
Bu barədə “Neftçi” klubundan məlumat əldə etmişik.
Etibarlı mənbə bildirir ki, qış fasiləsində ulduz oyunçunun “Neftçi”ni tərk etməsi real deyil.
O, hazırda “ağ qaralar”ın Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) davam edən təlim-məşq toplanışında iştirak edir.
Nə özü getməkdə maraqlıdır, nə də klub göndərməkdə.
Abubakar 2022-ci il dünya çempionatında Kamerun millisinin heyətində Braziliya yığmasına vurduğu qolla yadda qalmışdı.
33 yaşlı forvard "Neftçi"yə bu mövsüm transfer olunub. Onunla klubla müqaviləsi 2026-cı ilin iyununda başa çatır.
XANOĞLAN / SPORTİNFO.AZ

