"Neftçi"nin hücumşusun Vinsent Abubakar “Vasko da Qama”ya təklif olunub.
Sportinfo.az xəbər verir ki, bu barədə Braziliya mətbuatı məlumat yayıb.
"Vasco news" yazır ki, 33 yaşlı hücumçu Braziliya futbolunda oynamağa böyük maraq göstərir və tərəflər üçün sərfəli olacaq razılaşmaya maneə yaratmayacaq.
Abubakar 2022-ci il dünya çempionatında Kamerun millisinin heyətində Braziliya yığmasına vurduğu qolla yadda qalmışdı.
Mənbənin məlumatına görə, “Vasko da Qama” rəhbərliyi təcrübəli forvard variantını nəzərdən keçirir.
Klubun hücum xəttində çıxış edən Pablo Veqettinin son dövrlərdəki performansında eniş müşahidə olunduğundan, Abubakarın oyun üslubunun axtarılan tipə uyğun gəldiyi vurğulanır.
Fiziki cəhətdən güclü olan, ayaqla yaxşı oynayan və qol vurmaq bacarığı ilə seçilən Abubakarın yaşının 33 olmasına baxmayaraq, yüksək səviyyəli futbol təcrübəsinə malik olması “Vasko” üçün üstünlük hesab olunur.
Abubakar "Neftçi"yə bu mövsüm transfer olunub. Onunla klubla müqaviləsi 2026-cı ilin iyununda başa çatır.


