Azərbaycan yığmasının və «Neftçi»nin qapıçısı Rza Cəfərova rəsmi təklif gəlib.
HİK onu Finlandiyada görmək istəyir.
Paytaxt Helsinkini təmsil edən klub gənc kiperi 6 aylıq icarəyə götürmək niyyəti ilə «ağ-qaralar»la əlaqə saxlayıb.
Finlər növbəti mövsümdən etibarən 23 yaşlı «əlcək sahibi»nin transfer hüququna yiyələnməyi planlaşdırır. Bunun üçün «Neftçi»nin tələb edəcəyi təzminatın məbləğini dəqiqləşdirməyə çalışırlar.
Veykkausliiqada yarışan HİK Rzanın özünü maddi cəhətdən razı salacaq şərtlər irəli sürüb, qalıb məxsus olduğu klubla dil tapmaq.
Danışıqların baş tutub-tutmayacağı isə hər halda qarşıdakı 3-4 gün ərzində bilinəcək.
Cəfərovun legioner həyatı yaşamaqdan ötrü ürəyi gedir. Ötən ilin yayında ona belə bir təklif İrandan gəlmişdi - «Traktor» israrlı idi.
Bu ölkənin çempionu olaraq Asiya Çempionlar Liqasına vəsiqə qazanan Təbriz klubu çox cəhd göstərdi, fəqət, Rzanı «Neftçi»dən qopara bilmədi.
İndi isə vəziyyət çox fəqlidir: cari mövsümdə 1 dəqiqə də şans qazanmayan «əlcək sahibi» Kenan Piriçlə Emil Balayevin kölgəsində yox olub.
Təkrar «çərçivə» önünə keçmək üçün başqa yol görmür - mütləq düşərgəni tərk etməyi qarşısına məqsəd qoyub.
SPORTİNFO.AZ

