Afrika Millətlər Kubokunun qrup mərhələsində Botsvana ilə görüşdə zədələnən Benin millisinin və "Neftçi"nin futbolçusu Sessi D`Almeydanın durumu bəlli olub.
Sportinfo.az xəbər verir ki, millinin baş məşqçisi Gernot Rohr Misirlə bu gün keçiriləcək 1/8 final oyunu üçün təşkil edilən mətbuat konfransında D`Almeyda ilə bağlı danışıb.
O deyib ki, 30 yaşlı yarımmüdafiəçi artıq zədəsini sağaldıb və sıraya dönüb:
"Sessi d'Almeida yarımmüdafiəyə qayıdacaq, amma kapitanımız və hücumçumuz Stiv Muniyenin oynaya bilməyəcəyi ehtimalı var" - deyə o qeyd edib.
Afrika Millətlər Kubokunun 1/8 finalında bu gün keçiriləcək Misir - Benin matçı Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

