Emin Mahmudovdan cəsarətli açıqlama: "Birinci bunu düzəltmək lazımdır"

4 Yanvar 21:15 Neftçi 2 203
Emin Mahmudovdan cəsarətli açıqlama: "Birinci bunu düzəltmək lazımdır"

Premyer Liqanın 2025/26 mövsümü iki məqamla əvvəlki illərdən fərqli start götürdü.

Daha klublarımızın qarşısında legioner limiti qadağası yoxdur.

Rahat şəkildə matçlara start "11-liy"i bütünlüklə əcnəbilərdən qurula heyətlə çıxa bilərlər. Ki, quranlar da yox deyil.

Digər məqam klub sayı 12-yə qaldırıldı. Aşağı liqadan “Karvan” və “İmişli”nin uzun aradan sonra elitaya qayıtması ilə.

Maraqlıdır, bu iki fakt liqanın səviyyəsinə necə təsir edir?

Sualımıza Azərbaycan millisinin və “Neftçi”nin kapitanı Emin Mahmudov bu cür cavab verib:

“Əslində bizim çox problemlərimiz kənarda qalıb. Meydançalar ciddi problemdir. Komanda sayı artıb, amma stadionlar pis vəziyyətdədir. Bəzi klublar evində oynamır.

Birinci bunu düzəltmək lazımdır. Biz ondan sonra deyə bilərik ki, səviyyə qalxıb, yoxsa yox. Limit barədə nə deyim?

Ötən mövsümlə müqayisədə çox da fərq görmürəm. Komanda sayı çoxalıb. Bəzi klublar daha iddialı olub.

Məsələn, "Turan Tovuz" yaxşı kollektiv yığıb. Amma yenə də partlayıcı futbol getdiyini deyə bilmərəm.

Əksər komandalar yenə daha çox müdafiədə çıxış edir. Deyə bilmərəm ki, inkişaf var və keçən ildən daha maraqlı futbol oynayırıq.

İki-üç komanda fərqli çıxış edir, digərləri müdafiə olunur. Keyfiyyətin artdığını deyə bilmərəm.

Limitin ləğvi milli üzvülərinə mənfi təsir edir. Az futbolçu oynamaq şansı alır. Bunu 3-4 ilə daha yaxşı biləcəyik”.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
4 Yanvar 08:00 Yollar buz bağlayacaq