“Neftçi”nin hücumçusu bu gün: Kefi kök, damağı cağ - FOTOLAR

3 Yanvar 21:40 Neftçi 4 250
“Neftçi”nin hücumçusu bu gün: Kefi kök, damağı cağ - FOTOLAR

“Neftçi”nin legioneri Bassala Sambu mövsümün ilk yarısının yorğunluğunu necə lazımdır çıxarıb.

28 yaşlı hücumçu ötən ilin sentyabrında ailə həyatı qurduğu Lina adlı xanımla Birləşmiş Ərəb Əmirliklərinə yollanıb.

İngiltərəli “9 nömrə” Dubayda xoş vaxt keçirərək, 2026-cı ili turistlərin axın etdiyi şəhərdə qarşılayıb.

Cütlüyün sosial şəbəkə hesablarında paylaşdıqları şəkil və videolardan da görünür ki, Sambunun kefi kök, damağı cağdır.

Bu hal “Neftçi” azarkeşlərini ümidləndirməyə bilməz. Sambu qış toplanışını da yüksək əvhal-ruhiyyədə keçirsə, çempionatın ikinci yarısında komandasını arxasınca aparmaqda davam edəcək.

Maraq üçün bildirək ki, ingiltərəli forvard hazırda paytaxt təmsilçisinin ən məhsuldar futbolçusudur.

Sambu cari mövsümdə 16-sı Premyer Liqada, 2-si Azərbaycan kubokunda olmaqla meydana çıxdığı 18 qarşılaşmada 6 qol vurub, 1 qolun ötürməsini verib.

Təqdim etdiyimiz fotolarda Bassalanın qış istirahətini görə bilərsiz.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti