ŞOK İDDİA! "Neftçi" Rusiya klublarından futbolçu ala bilməz?

3 Yanvar 15:40 Neftçi 715
ŞOK İDDİA! "Neftçi" Rusiya klublarından futbolçu ala bilməz?

Yuri Vernidubun bu yaxınlarda “Neftçi”nin baş məşqçisi təyin olunması ilə bağlı maraqlı detal üzə çıxıb.

“TaToTake” adlı məşhur "yutub" kanalının məlumatına görə, Vernidubun “Neftçi” ilə bağladığı müqavilədə xüsusi bənd mövcuddur. Bu bənd ukraynalı mütəxəssisin istəyi ilə sənədə daxil edilib.

Həmin bəndə əsasən, baş məşqçinin məsuliyyət dairəsinə daxil olan bütün məsələlərdə Rusiya klubları ilə istənilən formada əlaqələr tam istisna edilir.

Bu, həm transfer siyasətinə, həm də Rusiya komandaları ilə mümkün yoldaşlıq oyunlarına aiddir. Yəni Vernidubun baş məşqçisi olduğu dövrdə "Neftçi" Rusiya klubları ilə yoxlama oyuna keçirə və onlardan futbolçu ala bilməz.

Daha əvvəl “Neftçi”nin Yuri Vernidub və onun köməkçilərinin ölkədən çıxışı üçün Ukraynanın müvafiq qurumlarına müraciət etdiyi və bunun nəticəsində mütəxəssisin yeni klubunda fəaliyyətə qanuni şəkildə başladığı bildirilmişdi.

Digər Xəbərlər
Xəbər Lenti
3 Yanvar 20:00 Çək və bizə göndər!