“Neftçi”nin baş məşqçisi onu geri qaytardı, vəd etdi ki…  SON XƏBƏR

3 Yanvar 14:00 Neftçi 4 589
“Neftçi”nin baş məşqçisi onu geri qaytardı, vəd etdi ki…  SON XƏBƏR

“Neftçi”nin qış hazırlıq planı müəyyənləşib.

Paytaxt təmsilçisi yanvarın 4-dən 17-dək BƏƏ-nin paytaxtı Əbu-Dabi şəhərində təlim-məşq toplanışı keçəcək.

Ayın 5-də ilk məşqə çıxacaq “ağ-qaralar” hazırlıq çərçivəsində 3 yoxlama oyunu keçirməyi planlaşdırır. “Neftçi” yanvarın 9-da “Kayrat” (Qazaxıstan), 13-də “Piramids” (Misir), 16-da isə “Çenqdu Ronqçenq” (Çin) ilə qarşılaşacaq.

Ötən ilin iyulunda əsas komandadan uzaqlaşdırılmış Andrey Ştoqrin də ərəb torpağına aparılacaq. Yuri Vernidub həmyerlisini geri qaytarıb.

Ukraynalı baş məşqçi 2024-cü ilin yayında Roman Qriqorçukun istəyi ilə bura gəlmiş, 1 il sonra Samir Abasov tərəfindən gözdən çıxarılmış vingerlə görüşüb.

Hazırda Bakıda olan mütəxəssis 29 yaşlı yarımmüdafiəçi ilə xeyli söhbət edib, ona üzləşdiyi vəziyyətlə bağlı bir neçə sual verib. Adı klubun iştirak ərizəsinə salınmayan Ştoqrin Abasovun yanaşmasından şikayətlənib, ayrı-seçkiliyə məruz qaldığını bildirib

O, müqaviləsinin müddətinə hələ ilyarım qalmasını xatırladıb, buradan ayrılmağı düşünmədiyini, komandaya fayda vermək gücündə olduğunu söyləyib.

Vernidub cinah oyunçusunun fikirlərinə sayğı ilə yanaşıb, BƏƏ toplanışı zamanı şans tanıyacağını diqqətinə çatdırıb.

59 yaşlı sükançı deyib ki, o, taktiki baxışlarına uyğun gəlir və qarşıdakı yoxlama görüşlərində özünü yaxşı tərəfdən göstərəcəyi təqdirdə, adının iştirak ərizəsinə daxil edilməsini rəhbərlikdən istəyəcək. SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
3 Yanvar 20:00 Çək və bizə göndər!