“Neftçi”nin “1 nömrə”si bu suala cavab tapmadı: “Bilmirəm, bilmirəm…”

2 Yanvar 23:45 Neftçi 215
“Neftçi”nin “1 nömrə”si bu suala cavab tapmadı: “Bilmirəm, bilmirəm…”

“Niyə uğur qazana bilmirik?

Səbəbini özüm də bilmirəm. Bilmirəm, bilmirəm…”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Neftçi”nin kapitanı Kenan Piriç deyib.

Ötən ilin yayında “Antalyaspor”dan bura gələn bosniya və herseqovinalı qapıçı komandanın mövsümün geridə qalan hissəsində uğursuz çıxış etməsinin səbəbinin ona da naməlum qaldığını bildirib:

“Bəzi futbolçuların düşərgəyə gec gəlməsi səbəbindən təlim-məşq toplanışında optimal “11-lik”lə oynaya bilmədik. Yoldaşlıq görüşlərində hər dəfə heyət dəyişirdi.

Çempionatın ilk turundakı heyət ilk dəfə birlikdə oynayırdı. Hazırlıq mərhələsindən çox şey asılıdır.

Mövsümə istədiyin kimi hazırlaşa və başlaya bilməyəndə sonradan çətin olur. İndi çox çətin durumdayıq.

Gücümüz birlik nümayiş etdirərək, bu vəziyyətdən çıxmağa çatır. Başqa yolumuz yoxdur”.

Digər Xəbərlər
Xəbər Lenti
2 Yanvar 20:00 Çək və bizə göndər!