«Neftçi» Rza Cəfərovu icarəyə verməyə razıdır.
Bu məqsədlə rəhbərliklə qapıçı arasında görüş keçirilib.
Mövsümün geridə qalan hissəsində oynamaq şansı qazanmayan kiper buradan getmək istədiyini bildirib.
22 yaşlı kiper bir neçə təklifinin olduğunu diqqətə çatdırıb. Onlarn arasında legioner həyatı yaşamaq variantının olduğunu da qeyd edib.
Fəqət, rəsmilər ona Azərbaycanda qalmağı məsloəhət görüb. Misal kimi «Qəbələ»nin adını çəkiblər.
Deyiblər ki, Premyer Liqada qalmaq uğrunda mübarizə aparan bu komandaya yollanmaq onun üçün daha uğurlu olar.
Çünki həm «Qəbələ»nin rəhbərliyi, həm də baş məşqçi Kaxaber Sxadadze bu keçidə böyük səy göstərir və orada praktika qazanmaq ehtimalı çox yüksəkdir.
Ötən mövsüm kapitan sarğısını daşıyan Cəfərov cari «futbol ili»ndə tamamilə kölgədə qalıb.
Yayda «Antalyaspor»dan gələn Kenan Piriç Premyer Liqanın 16 turunda da «çərçivə» önünə keçib. Rza isə heç kubok görüşlərində də 1 dəqiqə forma geyinməyib.
SPORTİNFO.AZ

