Qurban Qurbanovu "Neftçi"yə qaytarmaq üçün... VİDEO

19:20 Neftçi 451
Qurban Qurbanovu "Neftçi"yə qaytarmaq üçün... VİDEO

Qurban Qurbanov futbolçu və məşqçi kimi «Neftçi»də yaşadığı hadisələrdən danışıb.

"Sportinfo TV"yə qonaq olan mütəxəssis müxtəlif vaxtlarda iki dəfə paytaxt təmsilçisinə gedib-gəldiyini xatırladıb.

Ağ-qara formanı geyinməsində Oqtay Abdullayev və Kazbek Tuayevin roluna diqqət çəkən keçmiş «10 nömrə» birincinin onun axasınca Rusiyanın Voronej şəhərinə təşrif buyurduğunu söyləyib.

Klub rəhbərliyinin dəyişməsinə görə «İnter»ə üz tutduğunu, zədə üzündən burada da karyerasını bitirdiyini vurğulayıb.

Qurbanov məşqçi həyatında ilk addımını «Neftçi»də atıb: 2006-2007-ci illərdə komandanın başında dayanıb.

18 ildir «Qarabağ»ın sükanı arxasında əyləşən çalışdırıcı bu təklifin ona klubun ovaxtkı vitse-prexzidenti Ramin Musayev tərəfindən edildiyini yada salıb.

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti