“Neftçi”nin futbolçuları toyda: Siqaret çəkən kimdir? - VİDEO

20:00 Neftçi 533
“Neftçi”nin futbolçuları toyda: Siqaret çəkən kimdir? - VİDEO

Vaxtilə “Neftçi”də çalışmış Faiq Hüseynov keçmiş komandası ilə bağlı maraqlı paylaşım edib.

Karyerası ərzində daha çox Birləşmiş Ərəb Əmirliklərindəki fəaliyyəti ilə tanınan idman adamı 1991-ci ili yada salıb.

O, “feysbuk” səhifəsində 34 il əvvəl baş tutmuş özünün toy mərasimindən görüntüləri təqdim edib.

Toyda kimlər yoxdur ki?

Azərbaycan futbolunun o dövr üçün “qaymaqları” - Vaqif Sadıqov, Nazim Süleymanov, Emin Ağayev, Tərlan Əhmədov, Yunis Hüseynov, Samir Ələkbərov, Vidadi Rzayev, Elxan Həsənov, Rasim Abuşev, Vladislav Qədirov...

Toyda yer alan qonaqlar arasında arxası kameraya olan şəxsin siqaret tüstülətməsi izləyicilərin diqqətini çəkib. Həmin şəxsin kimliyini bilirik. Müəyyənləşdirməyi siz oxucuların ixtiyarına veririk.

HƏBİB / SPORTİNFO.AZ

Hər fütsətdə ələ düşməyəcək videonu təqdim edirik.

Digər Xəbərlər
Xəbər Lenti