SON İDDİA - "Neftçi"nin sabiq baş məşqçisi keçmiş klubuna qayıdır?

11:20 Neftçi 260
SON İDDİA - "Neftçi"nin sabiq baş məşqçisi keçmiş klubuna qayıdır?

"Qəbələ" və "Neftçi"nin sabiq baş məşqçisi Roman Qriqorçukun yeni iş yeri müəyyənləşmək üzrədir.

Sportinfo.az "sport.ua" nəşrinə istinadən xəbər verir ki, ukraynalı mütəxəssis ölkəsində "Çernomorets"i çalışdırmağa ən real namizəddir.

Keçid baş versə, bu, 60 yaşlı mütəxəssisin Odessa təmsilçisinə üçüncü təyinatı olacaq. O, daha əvvəl 2010 - 2014-cü illərdə və 2021-ci ildə "Çernomorets"in baş məşqçisi olub.

Qriqorçukun "Çernomorets"də Stepan Matviyev, Mixail Savka və Andrey Qluşenkodan ibarət məşqçilər heyəti ilə çalışacağı da bildirilib. O, dekabrın 25-də istefaya göndərilmiş Aleksandr Kuçeri əvəzləyəcək.

Roman Qriqorçuk Azərbaycanda "Qəbələ" və "Neftçi"nin baş məşqçisi olub. 2015-18-ci illərdə "Qəbələ"ni çalışdıran mütəxəssis 2024-cü ilin iyunundan oktyabr ayına qədər "Neftçi"də işləyib.

Onun "Neftçi"dəki fəaliyyəti cəmi 9 oyun çəkib. "Neftçi" bu oyunların heç birində qələbə qazana bilməyib.

Digər Xəbərlər
Xəbər Lenti
28 Dekabr 20:00 Çək və bizə göndər!